Mourinyo keçmiş ulduzuna təklif etdi - “Fənərbaxçaya gəl”

12:57 - 16 İyun 2025

Mourinyo keçmiş ulduzuna təklif etdi - “Fənərbaxçaya gəl”

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo, İngiltərə Premyer Liqasında çıxış edən keçmiş tələbəsi Heung Min Son ilə görüş keçirib. komanda gələn mövsüm Türkiyə Super Liqasında çempionluq hədəfini reallaşdırmaq üçün transfer bazarında fəal olmağa qərarlıdır.


Manset.az-ın əldə etdiyi məlumata görə, Mourinyo, koreyalı ulduzu "Fənərbaxça"ya dəvət edib və birlikdə uğurlu komanda qurmağın vacibliyini vurğulayıb. Heung Min Sonun da transferdə rolunun müsbət olacağı qeyd edilir.

Digər tərəfdən, Tottenham Hotspur klubunun 32 yaşlı futbolçu üçün 30 milyon avro qiymət istədiyi bildirilir. İngiltərə klubu Uzaq Şərqdəki müqavilələrinə əsasən bu məbləği tələb edir.

Ötən mövsüm 46 matçda iştirak edən Son, 11 qol vurub və 12 məhsuldar ötürmə ilə komandasının UEFA Avropa Liqasındakı çempionluğunda əhəmiyyətli rol oynayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az