"Əl-Hilal"dan Osimhen açıqlaması - "Biz çox iddialıyıq"

17:08 - 17 İyun 2025

\"Əl-Hilal\"dan Osimhen açıqlaması - \"Biz çox iddialıyıq\"

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş direktoru Esteve Kalzada transfer gündəmini zəbt edən nigeriyalı hücumçu Viktor Osimhenlə bağlı açıqlama verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2024/25 mövsümündə Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edən və komandası ilə mövsümü iki kubokla başa vuran 26 yaşlı forvardın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Lakin transfer bazarının əsas fiqurlarından biri olan Osimhenlə bağlı “Əl-Hilal” rəhbərliyi səssizliyini pozub.

BBC Sport-a danışan Kalzada bildirib ki, klub yalnız həqiqətən komandaya qoşulmaq istəyən futbolçuları transfer etməyə üstünlük verir:

“Hədəfimiz hər zaman ən yaxşı oyunçular olub. Biz çox iddialıyıq, amma futbolçu da bu istəyə cavab verməlidir. Transfer hər iki tərəf üçün uyğun olmalıdır”, – deyə klub rəsmisi qeyd edib.

Kalzada əlavə edib ki, Səudiyyə Ərəbistanında maliyyə imkanlarının geniş olmasına baxmayaraq, klub strategiyasına uyğun olmayan heç bir transferə imza atılmır:

“Oyunçulara və menecerlərə hər zaman bunu xatırladırıq: Bəli, biz Səudiyyə Ərəbistanındayıq, amma burada pul çap etmirik. Mənim baş direktor kimi əsas vəzifəm klubu səmərəli idarə etməkdir. Əlimizdə böyük büdcə var, lakin bu o demək deyil ki, biz istənilən qiymətə futbolçu alacağıq. Əksinə, bəzən danışıqlardan geri çəkilməli oluruq. Çünki biz yalnız pul üçün gələnləri deyil, bu klubda oynamaq istəyənləri seçirik”, – Kalzada bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az