İngiltərə Avropa çempionu oldu

09:46 - 29 İyun 2025

İngiltərə Avropa çempionu oldu

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başa çatıb.


Manset.az xəbər verir ki, finalda Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İngiltərə yığması qələbə qolunu vurmağı bacarıb - 3:2.

Bununla da İngiltərənin U-21 millisi tarixində 4-cü dəfə Avropa çempionu olub. 

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Millimiz hər iki görüşdə ingilislərə böyük hesabla uduzub - 1:5, 0:7.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az