"Qalatasaray"da gözlənilməz ayrılıq

09:42 - 30 İyun 2025

\"Qalatasaray\"da gözlənilməz ayrılıq

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" artıq yalnız yeni oyunçuların cəlbi ilə deyil, heyətdən ayrılacaq futbolçularla da məşğuldur. Bu çərçivədə sarı-qırmızılı klubda sürpriz ayrılıq ehtimalı gündəmə gəlib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray"ın gənc futbolçusu Eyüp Aydınla bağlı yeni bir inkişaf yaşanıb. "Fanatik" nəşrinin xəbərinə əsasən, Almaniyanın Bundesliqa təmsilçisi "Union Berlin" 20 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir və bu istiqamətdə səylərini artırıb.

Eyüp Aydın hazırda "Qalatasaray"la müqaviləsinin son ilinə qədəm qoyub. Onun gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə klub rəhbərliyi tərəfindən veriləcəyi gözlənilir.

Xatırladaq ki, "Bayern Münhen"in akademiyasında yetişən Eyüp Aydın ötən mövsüm Superliqada və Türkiyə Kubokunda ümumilikdə cəmi iki oyunda iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az