Daha bir ölkə Olimpiya Oyunlarını boykot etdi

19:58 - 09 Dekabr 2021

Daha bir ölkə Olimpiya Oyunlarını boykot etdi

Slovakiya Prezidenti Zuzana Çaputova Çində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykot edilməsi məsələsində ABŞ-ı dəstəkləyir və Pekinə getməyəcək.

Manşet.az xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər.

2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az