Viktor Osimhen "Qalatasaray"ın yeni transferi olaraq dünən İstanbula gəlib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, o, sevincini belə ifadə edib:
"Hal-hazırda hisslərimi necə ifadə edəcəyimi belə bilmirəm. Çox həyəcanlıyam. Sevdiyim yerə qayıtdım."
Osimhenin şəxsi təyyarəsi dünən axşam saatlarında Atatürk Hava Limanına enib.
Qalatasaray "Napoli"yə 75 milyon avro ödəyərək, Osimhenin transferini reallaşdırıb. İlk 40 milyon avro dərhal ödəniləcək, qalan 35 milyon isə 2026-cı ilə qədər veriləcək. Osimhenin "Qalatasaray"dan illik maaşı 16 milyon avro olacaq.
Osimhenin bu gün"Qalatasaray"da tibbi müayinədən keçməsi gözlənilir.