Türkiyə futbolunda TARİXİ TRANSFER

23:10 - 31 İyul 2025

Türkiyə futbolunda TARİXİ TRANSFER

"Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin transferini rəsmən elan edib.


Manset.az xəbər verir ki, futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Bu keçid üçün İstanbul təmsilçisi “Napoli”yə 75 milyon avro ödəyəcək. Müqavilənin şərtlərinə əsasən, Oşimenin növbəti transferindən əldə olunacaq gəlirin 10 faizi də İtaliya klubuna çatacaq.

Futbolçu hər mövsüm üçün 15 milyon avro zəmanətli maaş, 1 milyon avro loyallıq bonusu və 5 milyon avro imic haqları qazanacaq.

Qeyd edək ki, bu transfer Türkiyə futbol tarixində ən yüksək məbləğli keçid kimi qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az