Nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen, İstanbul təmsilçisi "Qalatasaray" ilə 75 milyon avro məbləğində 4 illik müqaviləyə imza atıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, transferdən sonra ilk açıqlamasını verən Osimhen, yeni klubuna qoşulmasından məmnun olduğunu bildirib.
Osimhen, "Azarkeşlər üçün hər damla tərimi tökəcəyəm. Burada çox yaxşı qarşılandım və mübarizəmi davam etdirəcəyəm," - deyə əlavə edib.
"Qalatasaray"ın prezidenti Dursun Özbek də, Osimhenin komandaya qoşulmasından məmnunluğunu ifadə edərək fikirlərini bölüşüb.