"Levski" - "Sabah" oyununun hakimləri açıqlandı

14:11 - 01 Avqust 2025

\"Levski\" - \"Sabah\" oyununun hakimləri açıqlandı

Bolqarıstanda "Levski" (Sofiya) və "Sabah" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun təyinatları bəlli olub.


Manset.azxəbər verir ki, matç Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Duye Strukana Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebets, AVAR-da Ante Tsulyak əyləşəcək.

Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az