"Tottenhem"də 10 illik eranın Sonu - AÇIQLAMA

12:05 - 02 Avqust 2025

\"Tottenhem\"də 10 illik eranın Sonu - AÇIQLAMA

"Tottenhem"in kapitanı Son Hın Min klubdan ayrılacağını açıqlayıb. 


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu qərarını London klubunun rəhbərliyinə və yeni baş məşqçisi Tomas Franka çatdırdıqdan sonra ictimaiyyəti məlumatlandırıb. 

Jurnalist Cey Harris Cənubi Koreyadan olan ulduz futbolçunun dediklərini belə çatdırıb: "Tottenhem"dən məni satmağı xahiş etdim. Artıq qərar verilib. Bu vaxta kimi əlimdən gələni etdim və indi mənə yeni bir çağırış lazımdır. Bu, həyatımın ən çətin qərarıdır. Mən uşaq vaxtı Londonun şimalına gəldim - ingiliscə bilməyən bir oğlan idim. İndi ayrılıram. Mənə bu qədər sevgi bəxş edən bütün "Spurs" azarkeşlərinə təşəkkür edirəm". 

Son Hın Min 10 il “Tottenhem”də çıxış edib. Forvardın karyerasını MLS-də davam etdirəcəyi bildirilir. "Los-Anceles" onunla danışıq aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az