"İnter" yenə "yox" cavabı aldı

13:51 - 02 Avqust 2025

\"İnter\" yenə \"yox\" cavabı aldı

"İnter" "Atalanta"nın futbolçusu Ademola Lukman üçün növbəti dəfə transfer təklifi göndərib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Atalanta" rəhbərliyi "İnter"in təklifini yenə rədd edib.

"İnter" 27 yaşlı futbolçu üçün 42 milyon avro + 3 milyon bonus ödəməyə hazır olsa da, "Atalanta" bununla razılaşmayıb. Qeyd edilir ki, "Atalanta" transferə görə "İnter"dən ən azı 50 milyon avro almaq istəyir.

Lukmanın klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Ötən mövsüm Ademola "Atalanta"nın heyətində 40 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az