Baş məşqçi Mahir Emrelinin "Legiya"da qalmasını istəyir

16:52 - 17 Dekabr 2021

Baş məşqçi Mahir Emrelinin \"Legiya\"da qalmasını istəyir

Polşa "Legiya"sının yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşəcək.

Manset.az-ın yerli mətbuata istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək.

Vukoviç 24 yaşlı forvardın komandada qalmasını və qış fasiləsində Dubaya təlim-məşq toplanışına yollanmasını istəyir.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az