"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.
Manset.az "Opta"ya istinadən xəbər verir ki, Bundesliqasının 17-cu turunda "Volfsburq"la matçda fərqlənən polşalı hücumçu bir təqvim ilində ölkə çempionatında vurduğu qolları sayını 43-ə yüksəldib. Bununla da, o, bu göstəricidə Gerd Müllerə məxsus olan turnir rekordunu yeniləyib.
Qeyd edək ki, G.Müller 1972-ci ildə bir təqvim ilində 42 qol vurmuşdu