AFFA-nın tanınmış nümayəndəsi Elçin Məmmədov yeni təyinat alıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Elçin Məmmədov "Qalatasaray-Yuventus" oyununda fəaliyyət göstərəcək.
E.Məmmədov UEFA tərəfindən həmin oyun vaxtı stadion direktoru təyin edilib.
Qeyd edək ki, Elçin Məmmədov UEFA-nın tanınmış nümayəndəsidir. O, bundan əvvəl UEFA tərəfindən bir sıra oyunlarda təyinat alıb.