"Milan" çempionat oyununa ciddi itki ilə çıxacaq

14:30 - 21 Mart 2026

\"Milan\" çempionat oyununa ciddi itki ilə çıxacaq

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.


Manset.az Trend-ə istinadən xəbər verir ki, "rossoneri"nin aparıcı oyunçularından olan Rafael Leau sıradan çıxıb.

Portuqaliyalı vinger sağ əlinin dirsəyindən zədələnib. 26 yaşlı futbolçu A Seriyasının bu gün "Torino" ilə keçiriləcək oyununda iştirak etməyəcək.

Qeyd edək ki, "Milan" Rafael Leaunu 2019-cu ilin yayında "Lill"də 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az