"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

00:30 - 28 Mart 2026

\"Atletiko\"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko" baş məşqçi Dieqo Simeone ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Simeone və "Atletiko" rəhbərliyi cari mövsümün sonunda yeni 1 illik müqavilə imzalamağa hazır olduqlarını təsdiqləyiblər.

Daha əvvəl "İnter"in mütəxəssislə maraqlandığı bildirilirdi. Bu, qış transfer pəncərəsindən sonra Simeone ilə "Atletiko"nun idman direktoru Mateu Alemanyi arasında münasibətlərin pisləşməsi fonunda baş vermişdi.

Simeone 2011-ci ilin dekabr ayından bəri Madrid klubunun sükanı arxasındadır. Onun rəhbərliyi altında komanda 2 dəfə İspaniya çempionu olub və Avropa Liqasını qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az