logo
logo logo
logo

Belçika millisi 1/4 finala vəsiqə qazandı

09:12 - 07 İyul 2026

Belçika millisi 1/4 finala vəsiqə qazandı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda oynanılan görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.

1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az