2026-cı il dünya çempionatı başa çatdıqdan sonra turnirin ən yaxşı çıxış edən futbolçuları ilə bağlı müxtəlif versiyalarda rəmzi komandalar açıqlanmağa davam edir.
Manset.az İdman.Biz-ə istinadən bildirir ki, bu dəfə nüfuzlu ESPN nəşri mundialın ən yaxşı 11 futbolçusundan ibarət rəmzi komandasını təqdim edib.
Rəmzi heyətdə dünya çempionu İspaniya millisinin dörd futbolçusu yer alıb.
Qapıçı: Vozinya (Kabo-Verde).
Müdafiəçilər: Mark Kukurelya, Emerik Laport, Pau Kubarsi (hamısı - İspaniya), Ced Spens (İngiltərə).
Yarımmüdafiəçilər: Ayub Buaddi (Mərakeş), Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə).
Hücumçular: Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Holand (Norveç).