logo
logo logo
logo

Zidan rəsmən Fransa millisində

15:20 - 28 İyul 2026

Zidan rəsmən Fransa millisində

Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.


Manset.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Fransa millisi 2026-cı il dünya çempionatını Didye Deşamın rəhbərliyi altında başa vurub. Təcrübəli mütəxəssis turnirdən sonra vəzifəsindən ayrılıb. Fransa mundialın 3-cü yer uğrunda oyununda İngiltərəyə 4:6 hesabı ilə uduzub.

Zidan 2021-ci ildən bəri məşqçi kimi çalışmırdı. O, daha əvvəl iki dönəmdə "Real"a rəhbərlik edib və Madrid klubu ilə 11 titul, o cümlədən 3 Çempionlar Liqası kuboku qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az