Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonu könüllü şəkildə istefa verməyə çağırıb.
Manset.az The Telegraph nəşrinə istinadən xəbər verir ki, UEFA rəhbəri istefa verməyəcəyi təqdirdə ona qarşı etimadsızlıq səsverməsinin (no-confidence vote) başlanacağı ilə bağlı xəbərdarlıq edib.
Nəşrin yazdığına görə, UEFA-ya üzv olan 55 assosiasiyanın hamısı Canni İnfantinonun vəzifədən uzaqlaşdırılması təşəbbüsünü dəstəkləməyə hazırdır.