logo
logo logo
logo

“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi

19:22 - 13 Sentyabr 2026

“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi

Dünya futbolunun ulduzu Kriştianu Ronaldo Səudiyyə Pro Liqası rəhbərliyinə çağırış edərək “Əl-Hilal”ın futbolçusu Ruben Neveşə qarşı mərhum dostu Dioqo Jota üzərindən psixoloji təzyiq göstərən “Əl-Taavun” azarkeşlərinin stadiona girişinə ömürlük qadağa qoyulmasını tələb edib.


Manset.az xəbər verir ki, “Əl-Hilal”ın 6:0 hesablı darmadağınla qalib gəldiyi oyundan sonra tribunalardan gələn təxribatçı şüarlara münasibət bildirən portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş də sərt danışıb.

“Ümid edirəm ki, bu etdiklərindən sonra utanmadan ibadət etməyə, dua etməyə getməzlər, Allah hər şeyi görür”, – deyə Neveş azarkeşlərin mənəviyyatsızlığına reaksiya verib.

Xatırladaq ki, “Əl-Taavun” azarkeşləri oyun zamanı Neveşi qıcıqlandırmaq üçün keçən il yol qəzasında faciəvi şəkildə həlak olan keçmiş komanda yoldaşı və yaxın dostu Dioqo Jotanın adını tempə salaraq təhrikçi şüarlar səsləndirmişdilər. Ronaldo milli komandadakı yoldaşının müdafiəsinə qalxaraq bu cür addımların cəzasız qalmamalı olduğunu vurğulayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az