İngiltərənin "Liverpul" klubu "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmək istəyir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin 29 yaşlı futbolçu üçün Kataloniya klubuna 40 milyon avro təklif etdiyi, lakin bu təklifin qəbul olunmadığı bildirilir.
Bununla belə, "Barselona"nın de Yonqu satmağa hazır olduğu qeyd edilir. Klub niderlandlı futbolçu üçün ən azı 70 milyon avro tələb edir.
Qeyd edək ki, onun "Barselona" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.