“Qalatasaray”ın baş məşqçisi Okan Burukun milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı hücum planını dəyişməyə hazırlaşdığı iddia olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş məşqçi Okan Burukun daha çox ötürmələrə əsaslanan, şaquli hücumlarda daha təsirli olan və hücumda müxtəlif variantlar yaradan komanda formalaşdırmaq üçün yeni sistem üzərində çalışdığı qeyd edilir.
Yeni sistemdə Batrakov “10 nömrə” mövqeyində, Yunus Akgün sağ cinahda, Rafael Leao sol cinahda, Viktor Osimhen isə hücumun önündə çıxış edəcək. Leroy Sane və Barış Alper Yılmaz isə əsas heyət uğrunda rəqabətdə alternativ oyunçu mövqeyinə keçəcək.