Çempionlar Liqasında 1/8 final mərhələsində həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Real"ın hücumçusu Kərim Benzema layiq görülüb.
O, "Bavariya"dan Robert Levandovski, "Mançester Siti"dən Fernandinyo və "İnter"dən Milan Şkrinyarı qabaqlayıb.
Qeyd edək ki, Benzema Madriddə PSJ-yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edərək komnadasını 1/4 finala yüksəldib.