"Neftçi" "Sivasspor"a uduzdu

14:44 - 11 İyul 2022

\"Neftçi\" \"Sivasspor\"a uduzdu

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gəlib.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçirilən qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Görüşdə yeganə qolu 18-ci dəqiqədə İsaak Kofi vurub.

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az