UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına SALDI

20:08 - 12 Sentyabr 2022

UEFA \"Fənərbağça\"nın matçını yüksək riskli oyunların siyahısına SALDI

UEFA Fransada "Renn" və Türkiyə "Fənərbağça"sı arasında keçiriləcək Avropa Liqasının B qrupunun II tur matçını yüksək riskli oyunlar kateqoriyasına salıb.

Manset.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, təhlükəsizlik səbəbindən qarşılaşmadan öncə kassadan bilet satışı olmayacaq.

Qurum iki komandanın azarkeşləri arasında mümkün qarşıdurmanın yaşanmaması üçün bu addımı atıb.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az