"Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm" - Simone İnzagi

09:07 - 13 Sentyabr 2022

\"Viktoriya\"nın \"Qarabağ\"la oyununu izləmişəm\" - Simone İnzagi

"Rəqibin "Qarabağ" və "Barselona" ilə oyunlarını izləmişik".

 

Manset.az report-a istinadən xəbə verir ki,  bunu İtaliya "İnter"inin baş məşqçisi Simone İnzagi Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis Plzen təmsilçisinin fiziki cəhətdən güclü komanda olduğunu bildirib. İnzagi Çexiya çempionunun qrup mərhələsinə məhz evdə qazandığı nəticə sayəsində yüksəldiyini xatırladıb. İtaliyalı baş məşqçi "Viktoriya"nın ön xətdə yaxşı oyunçularının olduğunu söyləyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Viktoriya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Çexiya klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı iki görüşün nəticəsinə əsasən məğlub edib - 0:0, 2:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az