Messi 700-cü qolunu vurdu - VİDEO

10:42 - 27 Fevral 2023

Messi 700-cü qolunu vurdu - VİDEO

PSJ-nin argentinalı hücumçusu Lionel Messi klub karyerasında 700-cü qolunu vurub.

 

Manset.az xəbər verir ki, 35 yaşlı futbolçu buna Fransa çempionatının 25-ci turu çərçivəsində "Marsel"lə səfər matçında nail olub.

Belə ki, 29-cu dəqiqədə Messi Kilian Mbappenin ötürməsini qola çevirərək parislilərin ikinci, özünün isə klub karyerasında 700-cü qolunu vurub. 

Argentinalı forvard 2003-cü ildən 2021-ci ilə qədər karyerasının böyük hissəsini oynadığı "Barselona"da 672, PSJ-də isə 28 qol vurub.

Qeyd edək ki, PSJ "Marsel" üzərində 3:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az