Messi PSJ-nin təklifini rədd edib - "La Vanguardia"

18:36 - 04 Mart 2023

Messi PSJ-nin təklifini rədd edib - \"La Vanguardia\"

PSJ-nin argentinalı hücumçusu Lionel Messi Paris klubunun müqaviləni uzatmaq üçün təklifini rədd edib.

 

Manset.az xəbər verir ki, bu barədə İspaniyanın "La Vanguardia" qəzeti yazır.

Qeyd olunur ki, 2022-ci il dünya çempionatından əvvəl tərəflər yeni sözləşmə ilə bağlı şifahi razılığa gəliblər.

Mənbənin məlumatına görə, bir həftə əvvəl PSG Messiyə rəsmi təklif təqdim etsə də, argentinalı maliyyə şərtlərindən məmnun deyil.

Bildirilir ki, klub oyunçuya hazırkı maaşdan 30% az məvacib təklif edib.

Qeyd edək ki, Argentinalı hücumçunun klubla müqaviləsi cari mövsümün sonuna kimidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az