“Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi

10:30 - 10 Mart 2023

“Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

 

Manset.az xəbər verir ki, Azərbaycanın 1 komandası siyahıya düşüb.

307 klubun qərarlaşdığı cədvəldəki yeganə təmsilçimiz “Qarabağ”dır. Ağdam təmsilçisi reytinqdə 7 pilləlik irəliləyiş edərək, 62-ci yerə yüksəlib. Qurban Qurbanovun komandasının aktivində 149 xal var.

Reytinqə Braziliyanın “Flamenqo” klubu başçılıq edir, İspaniyanın “Real” klubu ikinci, Braziliyanın digər təmsilçisi “Palmeyras” isə üçüncüdür. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az