Bu gün Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulacaq.
Manset.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.
“Roma” doğma meydanda məğlub etdiyi “Bayer”lə bu dəfə səfərdə üz-üzə gələcək.
İtaliyanın digər təmsilçisi “Yuventus” da İspaniyanın “Sevilya” komandasının qonağı olacaq. Bu komandaların ilk oyununda qalib müəyyənləşməyib.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may
23:00. Bayer (Almaniya) - Roma (İtaliya)
İlk oyun - 0:1
23:00. Sevilya (İspaniya) - Yuventus (İtaliya)
İlk oyun - 1:1