"Qarabağ" yoxlama oyununda Polşa klubuna uduzdu

22:21 - 01 İyul 2023

\"Qarabağ\" yoxlama oyununda Polşa klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

 

Manset.az xəbər verir ki, "köhlən atlar" ikinci sınağında Polşa "Legiya"sı ilə qarşılaşıb. "Kössen Arena"da oynanılan görüş "köhlən atlar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Varşava təmsilçisindən qolları 74-cü dəqiqədə Mark Qual və 80-ci dəqiqədə Yurgen Elitim Sepulveda vurublar.

Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan "Ferentsvaroş"u ilə 3:3 hesablı heç-heçə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az