Mbappe PSJ-də 1 milyard avro qazana bilər

18:20 - 21 İyul 2023

Mbappe PSJ-də 1 milyard avro qazana bilər

PSJ Kilian Mbappeyə 1 milyard avroluq müqavilə təklif edə bilər.

 

Manset.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb. Bildirilib ki, müqavilə 10-11 il müddətinə hesablana bilər. Fransalı hücumçu təklifi qəbul etsə, ümumilikdə bir milyard avro qazanması mümkündür.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

24 yaşlı futbolçu ötən mövsüm Fransa Liqa 1-də 29 qolla turnirin bombardiri olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az