Musa oynadı, "Yurqorden" qalib gəldi

19:31 - 30 İyul 2023

Musa oynadı, \"Yurqorden\" qalib gəldi

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında 18-ci tur oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, komanda səfərdə “Myelbyü” ilə qarşılaşıb. Görüş "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Musa görüşün 72-ci dəqiqəsində - komandası hesabda irəli olduğu zaman Joel Asoronun əvəzinə meydana daxil olub. Oyunda yeganə qolu da Joel Asoro vurub.

Qeyd edək ki, “Yurqorden” bu nəticədən sonra turnir cədvəlində 33 xalla (18 oyun) 4-cüdür. “Myelbyü” isə 22 xalla (17 oyun) 9-cu pillədə qərarlaşıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az