“Mançester Yunayted” yeni hücumçu transfer etdi

00:06 - 06 Avqust 2023

“Mançester Yunayted” yeni hücumçu transfer etdi

İngiltərə Premyer Liqa komandalarından olan “Mançester Yunayted” “Atalanta”dan danimarkalı hücumçu Rasmus Hoylundu transfer edib.

 

Manset.az xəbər verir ki, klubun yaydığı məlumata görə, 6 dəfə Danimarka millisində çıxış edən 20 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

İngilis mətbuatı Hoylundun transfer qiymətinin 72 milyon funt sterlinq olduğunu iddia edib.

Peşəkar karyerasına böyüdüyü Kopenhagendə başlayan Hoylund 2022-ci ilin yanvarında “Şturm Qraz”da, elə həmin ilin yay transfer pəncərəsində isə “Atalanta”da oynayıb.

İtaliyanın birinci liqasında (A seriyası) “Atalanta”nın heyətində 34 oyun keçirən Hoylund 10 qol vurub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az