"İnter Mayami"də Messi fərqi - Ardıcıl üçüncü dubl

09:41 - 07 Avqust 2023

\"İnter Mayami\"də Messi fərqi - Ardıcıl üçüncü dubl

Ötən gecə baş tutan "İnter Mayami" "Dallas" oyununda argentinalı ulduz Leonel Messi növbəti dəfə baxımlı qollara imza atıb.

 

Manset.az xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesablı heç-heçə ilə başa çatdığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Burada isə "İnter Mayami" futbolçuları daha dəqiq (3:5) olub.

Qarşılaşmada Messi 2 qol vurub. Klub Liqa Kubokunun 1/4 finalına yüksəlib. 

Qeyd edək ki, Messi iyulda "İnter Mayami"yə keçib. Messidən öncəki son 13 matçın 8-də məğlub olub, 2 qələbə qazanan "İnter Mayami" Messi gəldikdən sonra keçirilən 4 oyunun hamısında qələbə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az