“Neftçi” “Beşiktaş”a ilk oyunda məğlub oldu - YENİLƏNİR

23:17 - 10 Avqust 2023

“Neftçi” “Beşiktaş”a ilk oyunda məğlub oldu - YENİLƏNİR

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

 

Manset.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib.

Bakılılar “Neftçi Arena” adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar. Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.

“Beşiktaş” fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb. 79-cu dəqiqədə isə “Neftçi” qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və “Neftçi” Bakıda “Beşiktaş”a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.

***22:40

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada bu dəfə Azərbaycan təmsilçisi fərqlənib.

79-cu dəqiqədə Kilan Lebon hesab arasındakı fərqi azaldıb - 1:3.

22:20
 

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada qonaq komanda 3-cü dəfə fərqlənib.

62-ci dəqiqədə Salih Uçan hesabı komandasının xeyrinə 3:0-a çatdırıb.

***22:07

Bakıda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 0:2 hesabı ilə geridədir.

***21:47

Bakıda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:2 hesabı ilə geridə yollanıb.

***21:25

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada yenə qonaqlar rəqibi məyus ediblər.

23-cü dəqiqədə Cekson Muleka hesabı komandasının xeyrinə 2:0-a çatdırıb.

***21:15

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan qarşılaşmada ilk qolun müəllifi 14-cü dəqiqədə “Beşiktaş”ın futbolçusu Vensan Abubakar olub.

***21:01

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

 

Manset.az-ın məlumatına görə, “Neftçi Arena”da oynanılan görüş saat 21:00-da start götürüb.

Qarşılaşmanı isveçrəli hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandalar arasında İstanbuldakı cavab görüşü avqustun 17-də keçiriləcək.

***20:06

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Neftçi” də növbəti avrokubok matçını keçirəcək.

"Ağ-qaralar" mərhələnin ilk oyununda Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcək. İstanbul nəhəngi ilə ilk qarşılaşma “Neftçi Arena”da baş tutacaq. “Ağ-qaralar”ın dueli saat 21:00-da başlayacaq.

Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust

21:00. “Neftçi” (Azərbaycan) – "Beşiktaş" (Türkiyə)
Baş hakim: Lukas Fahndrix  (İsveçrə)
Bakı. “Neftçi Arena”

Neftçi: 1. İvan Brkiç, 21. İsmayıl Zülfüqarlı, 44. Yuri Matias, 4. Mark Tamaş, 19. Azər Salahlı, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 27. İsmayıl Yusifli, 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 25. Aaron Olanare, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Beşiktaş: 34. Mert Günok (k), 77. Umut Meraş, 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 19. Amir Haciahmetoviç, 83. Jedson Fernandes, 8. Salih Uçan, 40. Cekson Muleka, 10. Vensan Abubakar, 4. Onur Bulut.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 7. Ante Rebiç, 17. Kerem Kesgin, 20. Necip Uysal, 21. Demir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Jan Onana, 90. Semih Kılıçsoy, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az