Mauro İkardidən özünütənqid: Bu heç vaxt bəhanə deyil

16:02 - 24 Avqust 2023

Mauro İkardidən özünütənqid: Bu heç vaxt bəhanə deyil

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Molde"ni 3:2 hesabı ilə məğlub edərək Türkiyəyə üstünlüklə qayıdan "Qalatasaray"lı Mauro İkardi açıqlama verib.

 

Manset.az xaric KİV-ə istinadən xəbər verir ki, açıqlamasında Mauro İkardi Çempionlar Liqasında olmaq istədiklərini söyləyib.

Futbolçu bildirib ki, yaxşı bir qol vurdum, amma asistlə çox zövq aldım. Hamımız Çempionlar Liqasında olmaq istəyirik. Evdəki matça da qalib gəlmək üçün çıxacağıq.

İkardi yaxşı oynamadıqlarını və yerin bəhanə ola bilməyəcəyini söyləyib:

"Fərqli meydançalarda və şəraitdə oynadığımız zaman fərqli ola bilər. Deyə bilərəm ki, yaxşı oynamırıq, amma öyrəşməliyik. Bu heç vaxt bəhanə deyil. Qruplarda qalmaq istəyiriksə, evdəki matçda qalib gəlməliyik".

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az