Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxacaq.
Manset.az xəbər verir ki, Xorvatiya təmsilçisi Çexiya "Sparta"sını qəbul edəcək. Görüşə saat 22:00-da start veriləcək.
Artıq komandaların oyun üçün heyətləri də açıqlanıb. Mahir ehtiyat oyunçular arasında yer alıb.
Komandalar arasındakı cavab oyunu avqustun 31-i keçiriləcək.
24 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunları
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Sparta" (Praqa, Çexiya)