"İdman TV" Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" - "Qarabağ" oyununun canlı yayımlanmaması ilə bağlı rəsmi açıqlama yayıb.
Manset.az xəbər verir ki, açıqlamada bildirilib:
"Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!"