İngiltərə Premyer Liqasının III turunda “Bornmut”un qonağı olan “Tottenhem” iki qolla qalib gəlib (2:1).
Manset.az Report-a istinadən xəbər verir ki, London təmsilçisinin qollarını 17-ci dəqiqədə Ceyms Meddison, 63-cü dəqiqədə isə Deyan Kuluşevski vurublar.
Qələbə “Tottenhem”i zirvəyə yüksəldib.
Lakin 7 xalı olan komanda 6 xala malik “Brayton”, “Arsenal” və “Mançester Siti”dən bir oyun artıq keçirib.