"Ayntraxt"ın yarımmüdafiəçisi Yesper Lindström icarə əsasında "Napoli"yə keçib.
Manset.az xəbər verir ki, bu barədə İtaliya klubu məlumat yayıb.
Neapol təmsilisi danimarkalı yarımmüdafiəçinin icarəsi üçün 5 milyon avro ödəyəcək. Klublar arasında razılaşma gələn mövsümün sonunda 20 milyon avroya satın alma öhdəliyini nəzərdə tutur.
2022/2023 mövsümündə Lindström "Ayntraxt"ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun Frankfurt klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.