"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İngiltərədə davam etdirəcək.
Manset.az xəbər verir ki, 20 yaşlı hücumçu "Brayton"a keçir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Brayton" Fatini bir illik icarəyə götürmək üçün "Barselona" ilə danışıqları davam etdirir.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Fati Kataloniya klubunun yetirməsidir. O, bu mövsüm "Barselona"da 3 oyuna çıxıb.