“Sabah” Serbiyada 6 yoldaşlıq görüşü keçirəcək

17:02 - 03 Sentyabr 2023

“Sabah” Serbiyada 6 yoldaşlıq görüşü keçirəcək

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində Serbiyada baş tutacaq təlim-məşq toplanışı zamanı yerli klublarla 6 yoldaşlıq görüşü keçirəcək.

 

Azərbaycan çempionunun mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, komanda bu məqsədlə sentyabrın 6-da Belqrada yollanacaq.

Toplanışın sentyabrın 18-dək təşkili nəzərdə tutulub. Komanda hazırlığını “Srvena Zvezda”nın təlim-məşq bazasında keçəcək.

“Sabah”ın yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblər:

8 sentyabr. “Sabah” - “Vrsaç”

10 sentyabr. “Sabah” - “Radniçki”

13 sentyabr. “Sabah” - “OKK Belqrad”

15 sentyabr. “Sabah” – “Boraç Zemun”

16 sentyabr. “Sabah” – “Srvena Zvezda 2”

17 sentyabr. “Sabah” – “Zlatibor”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az