"Qalatasaray" məşhur futbolçunun transferini dayandırdı

13:18 - 04 Sentyabr 2023

\"Qalatasaray\" məşhur futbolçunun transferini dayandırdı

"Qalatasaray" "Latsio"da çıxış edən Matias Vesino ilə 1 illik opsionla 3 illik müqavilə imzaladığı transferini dayandırıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray" rəhbərliyi sosial şəbəkədə azarkeşlərin 32 yaşlı futbolçuya on minlərlə veto qoymasından sonra bu qərarı verib.          

Beləki, sosial mediada "Qalatasaray" azarkeşləri "#Vecinoİstemiyoruz" həştəqi ilə on minlərlə tvit atıb.

Qeyd edək ki, “Latsio”da çıxış edən Matias Vesino karyerası boyu “Fiorentina”, “Kalyari”, “Empoli” və “İnter”də də çıxış edib. Vesino "İnter"lə A Seriyasını, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb. Qalatasaray Vesino ilə bu mövsüm Super Liqada 12-ci transferini edəcəkdi.

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az