Qalatasaray Futbol Klubu dünyaca məşhur futbolçunu transfer edib.
Manset.az Türkiyə mediasına istinadən məlumatına görə, "Qalatasaray" "Tottenhem"də çıxış edən Tanquy Ndombeleni rənglərinə bağlayıb.
Konqo əsilli fransız futbolçu müdafiədəki oyun tərzi ilə diqqət çəkir.
İngilis mətbuatında yer alan xəbərə görə, Qalatasaray və Tottenham satın alma şərtləri ilə oyunçunu kirayələyərək müqavilə bağlayıb. 26 yaşlı yarımmüdafiəçinin axşam saatlarında İstanbulda olacağı gözlənilir.
Qeyd edək ki, Ndombele 2019-cu ildə “Lion”dan “Tottenhem”ə 62 milyon avroya transfer edilmişdir.
Manşet.az
Aygün
Manşet.az