Portuqaliya çempionatının 4-cü turunun "Portu" - "Aroko" matçında oyunun baş hakimi Miqel Noqeyra VAR hakimləri ilə telefonla danışdıqdan sonra qonaqların qapısına təyin olunmuş penaltini ləğv edib.
Manset.az "Sport Bild"ə istinadən xəbər verir ki, görüşün 90-cı dəqiqəsində “Portu” penalti zərbəsi vurmaq hüququ qazanıb. VAR arbitrləri epizodu izləmək üçün Noqeyrnanı monitora çağırıb, lakin texniki problemlər üzündən o, görüntünü görə bilməyib. Uzun fasilədən sonra VAR-da həmkarları ilə əlaqə saxlamaq üçün baş hakimə mobil telefon verilib. O, telefonla danışdıqdan sonra penalti ləğv edilib.
Portuqaliya Primeirasının 4-cü turunun "Porto" - "Aroko" matçı 1:1 hesabı ilə başa çatıb.