Panama millisinin üzvü güllələnərək öldürüldü

00:27 - 05 Sentyabr 2023

Panama millisinin üzvü güllələnərək öldürüldü

Panama milli komandasının oyunçusu Hilberto Hernandez Kolon şəhərinin küçəsində atışma nəticəsində dünyasını dəyişib. 

 

Manset.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.  Hadisə zamanı daha 7 nəfərin yaralandığı bildirilir. Hernande isə xəstəxanada vəfat edib. Həkimlər çalışsalar da, onu xilas edə bilməyiblər.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi Panama millisində iki oyun keçirib.

Futbolçunu qətlə yetirdiyi iddia edilən şəxs həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az