"Qəbələ" yeni futbolçu transfer etdi

18:50 - 05 Sentyabr 2023

\"Qəbələ\" yeni futbolçu transfer etdi

"Qəbələ" heyətinə yeni futbolçu qatıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Qırımızı-qaralar" son klubu “Adanaspor” olan Samuel Tettehi transfer ediblər. 27 yaşlı qanalı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə),

“Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarında oynayıb.

Qananın U-20 yığmasında da çıxış etmiş hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Xatırladaq ki, "Qəbələ" bu yay Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko,  Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya və Rəşad Əzizlini də transfer edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az