"Qarabağ"ın rəqibi yoxlama oyunu keçirəcək

20:57 - 05 Sentyabr 2023

\"Qarabağ\"ın rəqibi yoxlama oyunu keçirəcək

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirəcək.

 

Manset.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi Regionalliqa komandası “Alemanniya" ilə üz-üzə gələcək.

Qarşılaşma sentyabrın 7-də “Bay Arena”da olacaq. Baş məşqçi Xabi Alonso bu matçda daha çox aşağı yaş qrupundakı oyunçulara şans verəcək. Çünki əsas komandanın 15 üzvü milli komandalara çağırılıb.
 
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun oktyabrın 26-da Leverkuzendə, ikinci görüş isə noyabrın 9-da Bakıda olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az